Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 14:56
"New York Times" qəzetinin əməkdaşı Kaveh Afrasiabi İranın gizli agenti olmaqda təqsirləndirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, portalda məqalələri dərc olunan və özünü Tehran Universitetinin keçmiş müəllimi kimi təqdim edən Afrasiabi həbs olunub.
O, İran hökumətinin gizli agenti kimi fəaliyyət göstərməkdə ittiham olunur və 2007-ci ildən bu yana İranın BMT-dəki Daimi Nümayəndəliyinin sözügedən şəxsin bank hesabına 265 milyon dollar ödədiyi qeyd olunub.
Ədliyyə Nazirliyinin yaydığı məlumatda Afrasiabinin 1957-ci ildə İranda anadan olduğu və 1973-cü ildə ABŞ-a gəldiyi ifadə edilib.