Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 15:44
"Bavariya"nın futbolçusu Robert Levandovski 1 oyunda 3 rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna Bundesliqanın 18-ci turunda "Şalke" ilə matçda (4:0) nail olub. O, qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 23-ə çatdırıb. Beləliklə, polşalı oyunçu çempionatın 18 matçından sonra 23 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.
Həmçinin Levandovski ardıcıl 8 səfər görüşündə rəqibin qapısına zərbə vurmağı bacaran ilk futbolçu olub. Bundan əlavə, Polşalı futbolçu "Şalke" ilə ardıcıl 11 oyunda fərqlənib. Belə göstərici Bundesliqa üçün rekord hesab edilir.
Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 42 xalla liderdir.