Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 18:51
Bakı. Samir Əli - Trend:
Bakıda qadının intiharı ilə bağlı araşdırmalar başlanıb.
Trend-in məlumatına görə, hadisə yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Fakt üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.