Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 16:48
30 illik həsrəti bitən və artıq məcburi köçkün statusu daşımayan vətəndaşlarımız indi də torpaqlarına qovuşacağı günü səbrsizliklə gözləyirlər. Bununla əlaqədar olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının həyata keçirilməsi üçün yeni mexanizmlər hazırlanır. Bununla da kimə nə qədər torpaq sahəsi düşəcəyi müəyyən ediləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar hazırlanmalıdır. 1996-cı ildən sonra torpaq islahatı həyata keçirildiyi üçün bununla bağlı artıq təcrübəmiz var. Ona görə də bizim üçün çətin olmayacaq. Amma bu ərazilər dəqiq müəyyən olunmalı, daha sonra həm əhalinin sayına, həm də torpaqların miqdarına görə bölgü aparılmalıdır. Çünki bu gün elə rayonlar var ki, orda əhali çoxdur və onlara torpaq sahələri az düşür.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib ki, sənədləri olan məcburi köçkünlər həmin sənədlər əsasında torpağa sahib ola biləcəklər. Sənədləri olmayanlar isə müvafiq qurumlara müraciət etməlidir.
Tahir Rzayev əlavə edib ki, torpaqlarında müəyyən müəssisələr tikilən vətəndaşlar isə başqa torpaq sahəsi ilə təmin ediləcək. Çünki ermənilər tərəfindən tikilən bəzi müəssisələr dövlətimiz üçün yararlıdırsa bu zaman ondan istifadə ediləcək. Əvəzində isə həmin vətəndaşa onun razılığı ilə istənilən yerdə torpaq veriləcək.
Millət vəkili qeyd edib ki, 30 il ərzində torpaqlararımız düşmən tərəfindən pis hala salınıb, demək olar ki, müəyyən bir hissəsi əkilib becərilib. Lakin buna baxmayaraq həmin ərazilərdə artıq ifrastruktur layihələri həyata keçirilir. Torpaqların minadan təmizlənməsi, bu ərazilərdə gələcəkdə hansı tədbirlərin hansı qaydada həyata keçirilməsi müəyyənləşdirilir. Ona görə də torpaq bölgüsünün nə vaxta həyata keçiriləcəyi və baş çatacağı hələ ki dəqiq deyil.