Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhərin adı Şuşi deyil, Şuşadır!” - AŞPA-da ermənilərə cavab - VİDEO

Şəhərin adı Şuşi deyil, Şuşadır!” - AŞPA-da ermənilərə cavab - VİDEO

Tarix: 28 Yanvar 2021 13:36

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Kamal Cəfərov Ermənistan nümayəndə heyətinin üzvü Vladimir Vardanyana dərs verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, K. Cəfərov qeyd edib ki, Ermənistan nümayəndə heyəti AŞPA-nın plenar və komitə iclaslarında istənilən mövzuda "əsirlərlə" bağlı danışır və adekvat cavablarını alır: "Şuşa şəhərinin adıyla bağlı məsələdə bildirdim ki, şəhərin adı Şuşi deyil, Şuşadır! Erməni nümayəndə heyəti bu cür ritorika və davranışdan əl çəkməlidir. Əgər bir ölkənin seçilmiş nümayəndəsi bu cür davranırsa, regionda sadə vətəndaşdan necə sülh gözləmək olar?! Münaqişə bitib, irəli baxmaq lazımdır".

Deputat, həmçinin qeyd edib ki, hesabatda 8 ölkə ilə bağlı mənfi rəy qeyd edilib: "Lakin girişdə 3 ölkəyə (Azərbaycan, Türkiyə və Rusiya) xüsusi istinad edilir. Ya bütün ölkələrin adı yazılsın, ya da heç bir ölkənin adı yazılmasın. Bundan əlavə, komitə iclaslarında layihələrə bəzən vacib və faydalı əlavələr təqdim edilir. Lakin həmin əlavəni təklif edən ölkənin bəzi ölkələrlə maraqlar toqquşması varsa, həmin ölkələr əlavənin faydalı olmasından asılı olmayaraq, həmin əlavənin əleyhinə səs verir. Bu cür davranış inkişafa dəstək olmur".


Etiketlər:  Şəhərin adı Şuşi deyil Şuşadır AŞPA ermənilərə cavab VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ