Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azernews” “USA Today” qəzetinin moderatorluğu ilə keçirilmiş beynəlxalq tədbirə dəvət olunub

“Azernews” “USA Today” qəzetinin moderatorluğu ilə keçirilmiş beynəlxalq tədbirə dəvət olunub

Tarix: 28 Yanvar 2021 14:26

Bakı. Trend:

ABŞ-ın nüfuzlu “USA Today” qəzetinin moderatorluğu ilə dünyanın ən nüfuzlu mətbu orqanlarını özündə birləşdirən "Sparknews" və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkil etdiyi onlayn tədbirə ABŞ, Fransa, İtaliya, Pakistan, Əfqanıstan kimi ölkələrin media nümayəndələri dəvət olunub. Azərbaycanı isə bu beynəlxalq tədbirdə “Azernews” qəzeti təmsil edib.

Tədbridə iştirak edən “Azernews” qəzetinin redaktoru Aişə Cabbarova Trend-ə açıqlamasında bildirib ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının, BMT Texnologiya Bankı və digər təşkilatların nümayəndələri, eləcə də məşhur "USA Today" qəzetinin nümayəndələri çıxış ediblər:

"COVİD-19 virusuna qarşı vaksinin hazırlanması, son dövrdə pandemiyanın səhiyyə sistemində yaratdığı çətinliklər, eləcə də bu problemlərin həllində rəqəmsal texnologiyanın yarada biləcəyi imkanların müzakirəsi aparılıb.

Dünyanın müasir texnologiyaya çıxışı olmayan və ya məhdud çıxışa malik bölgələrində rəqəmsal texnologiyanın səhiyyə sisteminə inteqrasiya olunma perspektivlərindən də bəhs edilib".

Qeyd edək ki, bir müddət öncə mərkəzi Parisdə yerləşən “Sparknews” fransız mətbuat alyansı Azərbaycanın "Azernews" qəzetini “Impact Journalizm Day” nüfuzlu beynəlxalq hərəkatının sıralarına qəbul edib.


Etiketlər:  Azernews Today qəzetinin moderatorluğu ilə keçirilmiş beynəlxalq tədbirə dəvət olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ