Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 18:40
"Qalatasaray" növbəti transferini həyata keçirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misirin "Zamalek" klubunun hücumçusu Mustafa Mohamedi 1.5 illik icarəyə götürüb. Misir klubunun mətbuat xidmətinin rəhbəri İssam Salem "Qalatasaray"ın 2 milyon dollar icarə haqqı ödəyəcəyini bildirib.
"Cim-Bom" əlavə 4 milyon dollar ödəyərək 24 yaşlı oyunçunun birədəfəlik almaq hüququna da sahibdir.
Qeyd edək ki, M.Mohamed bu mövsüm Misir Liqasında çıxdığı 4 matçda 2 qol vurub. O, Misir millisinin formasını isə 4 dəfə geyinib.