Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 18:42
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karantin qaydalarını pozmaqda ittiham olunur.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, ulduz hücumçunun sevgilisi Corcina Rodrigeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilir.
Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Onlar Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.
Ronaldo və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.