Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər hansı güzəşt bizi geri salmamalıdır - DİM sədri

Hər hansı güzəşt bizi geri salmamalıdır - DİM sədri

Tarix: 29 Yanvar 2021 11:34

Bakı. İlhamə İsabalayeva -Trend:

2020-ci ildə qəbul proqramında dəyişiklik var idi. Qəbul proqramının və imtahanın məzmununun müəyyən hədd çərçivəsində sadələşdirilməsi, imtahan suallarının təqdim edilmə formasında edilən dəyişikliklər, tapşırıqların növlərinin nisbətinin müəyyən edilməsi və digər məsələlər ciddi araşdırma tələb edir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib.

M.Abbaszadə qeyd edib ki, qəbul proqramını və imtahanın məzmununu iştirakçıların bilik səviyyəsinə adekvat şəkildə müəyyən etməyi qarşıya məqsəd qoymuşdu:

"2020-ci ildə keçirilən imtahanların nəticələrinə baxdıqda və ötən illərlə müqayisə etdikdə deyə bilərəm ki, biz iştirakçıların mövcud səviyyəsinə uyğun qəbul modelini tətbiq edib və məqsədimizə nail ola bilmişik.

Ancaq biz hansısa güzəşt edəndə, nəyisə sadələşdirəndə unutmamalıyıq ki, ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, onun rəqabətqabiliyyətli olması və hər bir təhsilalanın müasir bilik, bacarıq və vərdişlərə yiyələnməsinin təmin edilməsi təhsil sistemimizin başlıca vəzifəsi kimi irəli sürülüb.

Hər hansı güzəşt ümumilikdə bizi geri salmamalıdır. Bu, müasir dünyada gedən rəqabət və informasiya cəmiyyəti quruculuğu proseslərində yüksək peşəkarlıqla çalışa biləcək mütəxəssislərin yetişdirilməsi üçün çox vacibdir. Ona görə də ehtiyatlı olmaq lazımdır”.


Etiketlər:  Hər hansı güzəşt bizi geri salmamalıdır DİM sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ