Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ombudsman Aparatının kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiyaya qoşulub

Ombudsman Aparatının kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiyaya qoşulub

Tarix: 29 Yanvar 2021 14:21

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının kitabxanası F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən 14 fevral Beynəlxalq Kitab Bağışlama günü ilə əlaqədar keçirilən “Oxunan hər kitab nurlu sabahdır” adlı kitab aksiyasına qoşulub.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, 6 adda 450 nüsxə çap məhsulu (kitab, liflet, plakat) Respublika Uşaq Kitabxanasına hədiyyə edilib.

Hədiyyə edilmiş Uşaq hüquqları konvensiyası, “Uşaqları cismani cəzadan qoruyun”, “Mənim Hüquqlarım”, “Uşaqlar, ehtiyatlı olun! Mina, mərmi və digər hərbi sursatlar həyat üçün təhlükəlidir”, “Əllərinizi sabunla yuyun”, “Məlumatlı ol! Zorakılığa məruz qalma” adlı, kitab, liflet, plakatlardan ibarət çap məhsulları bu mövzularda uşaqların maarifləndirilməsinə dəstək məqsədi daşıyır.


Etiketlər:  Ombudsman Aparatının kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiyaya qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ