Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qızları fahişəliyə cəlb edən Cəlaldan YENİ XƏBƏR

Məktəbli qızları fahişəliyə cəlb edən Cəlaldan YENİ XƏBƏR

Tarix: 29 Yanvar 2021 18:10

Bakının Nərimanov rayonunda 7 qızı fahişəliyə cəlb etməkdə ittiham olunan Cəlal Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Tural Ələkbərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 9-na təyin olunub.

Prosesin qapalı keçiriləcəyi gözlənilir.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi üzrə 7 qız zərərçəkmiş şəxs qismində tanınıb.

Məlum olub ki, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.

Qeyd olunur ki, Cəlal Mehdiyev tərəfindən zərərçəkən qızların hər biri yetkinlik yaşına çatmayanlar olub.

Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Cəlal mehdiyev eyni ittihamla bundan əvvəldə məhkum olunub. Həmin cinayət işində zərərçəkmiş qızların sayı 5 nəfər olub.

Cəlal Mehdiyev əsasən zərərçəkən qızlarla "Instagram"da tanış olub.


Etiketlər:  Məktəbli qızları fahişəliyə cəlb edən Cəlaldan YENİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ