Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baba-nənəsini öldürən nəvənin məhkəməsi başladı

Baba-nənəsini öldürən nəvənin məhkəməsi başladı

Tarix: 29 Yanvar 2021 18:20

İsmayıllı rayonunda baba və nənəsini öldürməkdə təqsirli bilinən Vüsal Qədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid hüseynovun sədrliyi ilə baş tutan iclasda təqsirlədirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 12-nə təyin olunub.

İttihama görə, ötən ilin mayın 9-da İsmayıllı rayonu, Bizlan kəndi ərazisində Tapdıqov Zakir Şakir oğlu və sonuncunun arvadı Məmmədova Zərinə Babakamul qızının yaşadıqları evdə zorakılıq əlamətləri ilə meyitlərinin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaq zamanı zərərçəkmişlərin ögey nəvəsi Qədirov Vüsal Şirvan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Z.Məmmədovanı və Z.Tapdıqovu öldürərək sonuncuya məxsus odlu silahı talamasına, sonra isə həmin silahla qardaşı Şamo Qədirovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, hadisə mülk üstündə yaranan mübahisə zəminində baş verib.

Vüsal Qədirov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə ittiham elan edilib.


Etiketlər:  Baba nənəsini öldürən nəvənin məhkəməsi başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ