Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlanacaq - Nazirlər Kabinetinin SƏRƏNCAMI

Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri hazırlanacaq - Nazirlər Kabinetinin SƏRƏNCAMI

Tarix: 29 Yanvar 2021 20:12

Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncam verib.

Milli.Az bildirir ki, sərəncam "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot ("təhsil", "kənd təsərrüfatı" və "ətraf mühitin mühafizəsi") bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin layihəsinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədilə imzalanıb.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi ölkənin növbəti il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən OMXÇ sənədinin layihəsini, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansının layihəsini 2021-ci il sentyabrın 15-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Milli.Az


Etiketlər:  Azərbaycanın iqtisadi sosial inkişaf konsepsiyası proqnoz göstəriciləri hazırlanacaq Nazirlər Kabinetinin SƏRƏNCAMI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ