Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var

Tarix: 30 Yanvar 2021 08:38

Bir müddətdir ki, səhhətində ciddi problemlər yaşayan Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə  xəstəxanaya yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti hazırda həkim nəzarətindədir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova Rəmişin vəziyyətinin hələ də ağır olduğunu bildirib: "Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən (srağagün-red.) axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın".

Milli.Az


Etiketlər:  Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR