Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 13:30
Avstriyanın "Şturm" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlandıqlarına dair xəbərləri təkzib edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Andreas Şiker yayılan xəbərlərlə bağlı "kleinezeitung.at" saytına açıqlaması verib. O, 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini bildirib: "Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".
Qeyd edək ki, son vaxtlar Mahir Emrelinin adı "Şturm"la yanaşı, Polşa və Macarıstan klubları ilə də hallanır.