Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəhid anaları qan ağladığı halda efirə çıxa bilmərəm''

''Şəhid anaları qan ağladığı halda efirə çıxa bilmərəm''

Tarix: 30 Yanvar 2021 16:20

Məni efirlərə, müsahibələrə dəvət etmək istəyənlərə səslənirəm: Uzun müddətdir fəaliyyətimi dondurmuşam. Zənglər gəlir, hamıya fikrimi izah etmişəm. Həm hər gün müxtəlif verilişlərin prodüserləri, aparıcıları zəng vurur, həm də pərəstişkarlar narahatdır və suallar ünvanlayırlar. Bəzən telefona cavab verməyə utanıram, ortada anlaşılmazlıq yaranır. Efirə çıxmamağımın səbəbi nə ulduzluq, nə tənbəllikdir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu deyib. Sənətçi uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb. O bildirib ki, şəhidlərə görə bir müddət sənətdən uzaq qalacaq:

"Ölkədə müharibə olub, şəhid ailələri qan ağlayır, qazilərimiz, şəhidlərimiz var. İndi mənim də gündəmimdə məşhurlar və yaradıcılıq deyil. Sosial şəbəkələri izləyirəm, görürəm ki, nələr yazırlar. Bəzən özləri əyləncə paylaşır, amma müğənnini tənqid edirlər. Yerinə düşməyən şərhlər də olur. Ümumilikdə, millət haqlıdır. Gündəm sənətçilər deyil. Efirdə görsənənlər məni doğramasınılar. Kaş məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var.

Söhbət məndən gedirsə, televiziyada çalışanlarla aramda problem yaranır. Yaradıcılığımı dondurmuşam. Hansı işlərlə məşğul olmuşam, bir gün canlı açaram danışaram. Niyə qələbə mövzusunda mahnı yazmıram? Cavab vermişəm. Çalışmaq hələ istəmirəm. Millətin həssas dönəmində görünmək istəmirəm. Bu sağalmaz yaradır. Amma az da olsa yumşalsın, yaranın üstü bağlansın, mən də fəaliyyətə başlayaram". 

Milli.Az


Etiketlər:  Şəhid anaları ağladığı halda efirə çıxa bilmərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ