Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”a 800 min avroya keçibmiş

“Qarabağ”a 800 min avroya keçibmiş

Tarix: 30 Yanvar 2021 18:48

"Qarabağ"ın Haiti millisinin futbolçusu Donald Geryenin transferi üçün Türkiyə "Alanyaspor"una ödədiyi məbləğ məlum olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzetində Superliqa təmsilçisinin son 3 ildə oyunçu satışı qarşılığında əldə etdiyi gəlirlərdən bəhs edən yazısında bildirilir. Nəşrin iddiasına görə, Gerye 2017-ci ilin yayında Ağdam komandasına 800 min avroya keçib.

Ümumilikdə "Alanyaspor" 6 oyunçu satışından ümumilikdə 20,4 milyon avro gəlir əldə edib ki, bu da rekord göstərici sayılır.

Əlavə edək ki, bu günlərdə Gerye "Qarabağ"da əvəzedici komandaya göndərilib. Buna futbolçunun qış hazırlığına gec qoşulması səbəb olub. O bildirib ki, bu addımına görə 20 min dollar məbləğində cərimə də edilib.


Etiketlər:  Qarabağa avroya keçibmiş


RƏYLƏR