Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan 2021-ci ili “Yunus Əmrə və Türk dili ili” elan etdi

Ərdoğan 2021-ci ili “Yunus Əmrə və Türk dili ili” elan etdi

Tarix: 31 Yanvar 2021 11:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə və Türkcə ili" olaraq qeyd edilməsi ilə bağlı sənəd imzalayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin "Resmi Gazete"sində dərc olunan qərarda öz əksini tapıb. 

"Resmi Gazete"də R.T.Ərdoğan 2021-ci ili Türk dilinin təməl daşlarından biri olan Yunus Əmrənin 700-cü ildönümü ilə əlaqədar BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən anma və qeyd olunma ildönümləri sırasına daxil olduğunu bildirib: "Yunus Əmrə" 72 millətə bir gözlə baxma" prinsipi və ümumbəşəri insani dəyərlər üzərində qurulmuş fəlsəfəsi ilə dünya humanizminə töhfə verərək insanları ortaq dəyərlər ətrafında bir araya gətirən şairdir. Yunus Əmrəni bəşər üçün ortaq bir dəyər kimi təqdim etmək və 2021-ci ilin "Bizim Yunus" ili olaraq anılması, onun  mirası olan Türk dilinin əhəmiyyətinin vurğulanması, mədəniyyət dili olaraq şüurlu və doğru istifadəsini təmin etməklə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsinə qərar verilib".

Qeyd edək ki, bu tədbirlərin prezidentin himayəçiliyi ilə keçiriləcəyi bildirilib.


Etiketlər:  Ərdoğan 2021 Yunus Əmrə Türk dili elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ