Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzuli Beynəlxalq Hava Limanı (VİDEO)

Füzuli Beynəlxalq Hava Limanı (VİDEO)

Tarix: 1 Fevral 2021 12:40

Füzuli. Ceyhun Ələkbərov - Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.

Trend-in Füzulidə olan əməkdaşının verdiyi məlumata görə, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

“Füzuli Beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək. Layihələndirmənin tərkibinə aşağıdakı obyektlər daxildir:

- aerovağzal (terminal) binası;
- 3000 x 45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı;
- perron;
- yönəldici yol;
-uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqlarının quraşdırılması;
- transformator yarımstansiyalarının tikintisi: 1 ədəd 2x1000 kVa gücündə və 2 ədəd 2x400 kVa gücündə;
- köməkçi binalar, qurğular və xarici mühəndiskommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə).

Hal-hazırda hava limanının aerodrom ərazisinin 100 000 kv.m sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədbirlər həyata keçirilir.
Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınıb əraziyə gətirilmişdir və hal-hazırda çalışır.

İlk növbədə “Füzuli Beynəlxalq hava limanı”ndauzunluğu 2800 m, eni 45 m olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan“AzVirt” MMC şirkəti tərəfindən başlanılmışdır. Layihəyə əsasən ümumilikdə 238 000 m2 sahədə asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.

Hal-hazırda minalardan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxardılması işləri həyata keçirilir.

Uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteoroloji avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanmışdır.

Bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hava limanında quraşdırılacaqdır.

Layihəyə əsasən “Füzuli 110/35/10 kV”-luq yarımstansiyasından 6 km 10 kV-luq xarici elektrik xəttinin, 4 km 10 kV-luq daxili elektrik xəttinin, işıq-siqnal sisteminin quraşdırılması üçün 130 km elektrik kabel xətlərinin və digər xarici və daxili mühəndisi şəbəkənin çəkilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən uçuş-enmə zolağının istismara verilməsi ilin sonunadək həyata keçiriləcəkdir.

Əlavə olaraq, Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi məqsədilə yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır və cari il aprel ayının sonunadək müəyyən olunacaqdır.


Etiketlər:  Füzuli Beynəlxalq Hava Limanı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ