Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 12:58
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 90 və daha çox qol vuran 5-ci afrikalı olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, misirli hücumçu XXI turun "Vest Hem"lə görüşündə dubla imza ataraq qol sayını 90-a çatdırıb.
Onadək yalnız 4 afrikalı bunu bacarıb. Rekord Didye Droqbaya məxsusdur - 104 qol.
Emanuel Adebayor 97, Yakubu Ayeqbeni 95, Sadio Mane 91 dəfə fərqlənib. Hazırda Salahın komanda yoldaşı olan sonuncu da qol sayını artırmaq imkanına malikdir.