Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Medvedev 2 ay öncə peyvənd olunduğunu açıqladı

Medvedev 2 ay öncə peyvənd olunduğunu açıqladı

Tarix: 1 Fevral 2021 13:58

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə iki ay əvvəl koronavirusa qarşı Rusiya istehsalı vaksinlə peyvənd olunduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Medvedev "İnterfaks" və bir sıra Rusiya KİV orqanlarına verdiyi müsahibədə konkret olaraq hansı peyvəndi vurdurduğunu açıqlamayıb.

"İki ay əvvəl peyvəndləndim rus peyvəndlərindən biri ilə. Niyə belə deyirəm? Bəzi peyvəndlərin digərindən daha yaxşı olduğu təəssüratı yaranmasın deyə", - deyə Medvedev qeyd edib.

O, bütün Rusiya istehsalı peyvəndlərin təsirli olduğunu vurğulayıb. Buna baxmayaraq, Medvedevə görə onlardan hər hansı birini seçmədən əvvəl həkimə müraciət etmək lazımdır.

"Burada sual nədir? Peyvənd hər zaman fərdi bir məsələdir: qan verməlisiniz, vücudunuzun hansı vəziyyətdə və hansı immunitet vəziyyətində olduğunu anlamalısınız. Bu, yaşdan və təəssüf ki, cinsdən asılıdır - bildiyiniz kimi, kişilər bu xəstəliyi daha ağır keçirirlər", - deyə Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.

Medvedev özünün vaksinasiya prosesindən heç bir yan təsir və fəsad olmadan keçdiyini də sözlərinə əlavə edib.

Milli.Az


Etiketlər:  Medvedev 2 ay öncə peyvənd olunduğunu açıqladı


RƏYLƏR