Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2021 19:36
Rusiya sosial mediasında qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlarla bağlı qərar verilib.
Sonxeber.net olaylar.az-a istinadən xəbər verir ki, "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması qanunu"nda edilən dəyişikliyə əsasən, qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlar 24 saat ərzində silinməlidir.
Bundan əlavə, dövləti və onun rəmzlərini təhqir edən qanunsuz hərəkətlərdə iştirak etməyə çağırış məzmunlu paylaşımlar da qadağandır.
Qeyd edək ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət Təşkilatı gəncləri icazəsiz etiraz aksiyalarında iştirak etməyə təşviq edən "TikTok" və "Instagram" kimi sosial media tətbiqlərinə xəbərdarlıq edib.