Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb (FOTO)

Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb (FOTO)

Tarix: 2 Fevral 2021 15:42

Bakı. Trend:

Unibank kartı öz sahibinin həyatını dəyişdi. 7 ildir “Unibank”ın müştərisi olan Nail Qəhrəmanov “Baravo” marketdə etdiyi alış-verişin dəyərini Mastercard Albalı Plus kartı ilə ödəyəndə, bu seçimin ona necə böyük sürpriz bəxş edəcəyindən xəbərsiz idi. Elə bankdan bu alış-verişin ona “Lexus UX” avtomobili qazandırdığı xəbərini verəndə də, hansısa dostunun onunla zarafat etdiyini düşünüb: “Mən uzun illərdir “Unibank”ın müştərisiyəm. Həmişə xidmətlərindən razı olmuşam. Lotereya haqda məlumatı eşitmişdim və hədiyyələrdən biri olan iPhone XC telefonunu qazanmağı arzulayırdım. Avtomobil qazanacağımı heç düşünmürdüm. Belə bir imkan yaratdıqları üçün lotereyanın təşkilatçılarına təşəkkür edirəm. Unibank kartım olmasaydı, bu hədiyyəni qazanmaq şansım olmazdıı. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a minnətdarlığımı bildirərəm

Qeyd edək ki, Nail Qəhrəmanov “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın sonuncu tirajının əsas qalibi olub.

“Qürur hissi ilə vurğulamalıyam ki, Mastercard ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməyə davam edir. Bu lotereya ictimaiyyət üçün faydalı və çox uğurlu keçdi. Bütün Mastercard ödəmə əməliyyatları sizə bir şans verdi. Mastercard-ın təmassız əməliyyatları isə 10 şans qazandırdı. Bizim gələcəkdə də belə kampaniyalarımız olacaq. Diqqətiniz bizdə olsun,” – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar qeyd edib.

Unibank kartına sahib olmaq sizə nəinki xoş sürprizlər, hədiyyələr qazandırır, hər yerdə istifadəyə, kartdakı vəsaiti istər xərclədiyinizdə, istərsə də kart hesabında saxlayan zaman əlavə gəlir qazanmağınıza imkan yaradır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb (FOTO) - Gallery Image Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb (FOTO) - Gallery Image


Etiketlər:  Unibank müştərisi lotereyada Lexus avtomobili qazanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ