Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin peyvəndin də saxtasını hazırladı

Çin peyvəndin də saxtasını hazırladı

Tarix: 2 Fevral 2021 16:28

Çində koronavirus peyvəndini saxtalaşdırmağa başlayıblar.

Sonxeber.net lent.az-a istinadla verdiyi xəbərə görə, xüsusi əməliyyat zamanı polis COVID-19-a qarşı böyük miqdarda saxta peyvənd aşkar edib.

Pekindəki, eləcə də Tsyansu və Şandun əyalətlərindəki gizli dərman istehsalı və paylanması məntəqələrində üç mindən çox saxta peyvənd ələ keçirilib.

Polis bu cinayətlə əlaqəsi olan 80 nəfəri saxlayıb.

İlkin məlumata görə, cinayətkarlar ampulaları adi fizrastvor məhlulu ilə doldurub şişirdilmiş qiymətə satırdılar.

Eyni zamanda, öz istehsalı olan "Sinovac" peyvəndi Çin vətəndaşları üçün pulsuzdur.
Şübhəlilər bizneslərini 2020-ci ilin sentyabr ayından başlayıblar.

Cinayətkarlar "peyvəndi" xaricə çatdırmağı da planlaşdırıblarmış.


Etiketlər:  Çin peyvəndin saxtasını hazırladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ