Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO)

Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO)

Tarix: 2 Fevral 2021 18:33

Bakı. Trend:

2 Fevral “Gənclər günü” münasibəti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.

Tədbirdə ilk olaraq 2020-ci ildə Gənclər v İdman nazirliyinin gördüyü işləri özündə əks etdirən video çarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun gənclərə təbrik və müraciətlərindən ibarət video çarx təqdim olunub.

Tədbir çərçivəsində, hər il olduğu kimi bu il də Gənclər və İdman nazirliyi tərəfindən ötən, 2020-ci ildə mədəniyyət, elm, təhsil, rəssamlıq, bəstəkarlıq, foto, memarlıq və ictimai sahələrdə fəallıqları ilə fərqlənən 62 gənc və gənclər təşkilatlarına nazirliyin pul mükafatı və diplomları təqdim olunub.

2020-ci ildə nazirlik fəaliyyətini onlayn şəkildə davam etdirməsinə baxmayaraq, bu dönəmdə də gənclərə yönəlik bir çox layihələrin uğurla gerçəkləşdirilməsinə nail olundu. Nazirliyin mərkəzi aparatı tərəfindən 2020-ci ildə gənclərin müxtəlif sahələrdə maraqlarını əhatə edən 115 tədbir və layihə gerçəkləşdirilib.

Gənclər evləri haqqında da məlumat verilərkən diqqətə çatdırıldı ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan gəncliyi” Dövlət proqramlarına müvafiq olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində 12 Gənclər evi fəaliyyətə başlayıb. 2020-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə əlavə olaraq daha 15 Gənclər evi nazirliyin tabeliyinə verilib. Mövcud Gənclər evlərindən 19-u aktiv fəaliyyət göstərir, digər, 8 Gənclər evi isə cari ildə müvafiq sənədləşmə işlərinin bitməsindən sonra fəaliyyətə başlayacaq.

2020-ci il ərzində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gənclər evləri tərəfindən 1851 tədbir keçirilib ki, onlardan 470-i vətənpərvərlik sahəsində, 205-i isə COVİD-19 pandemiyası ilə bağlı olub. Ümumilikdə, 112 835 gənc “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən keçirilən tərbirlədə iştirak edib.

Gənclər evlərinin fəaliyyəti Nazirlər Kabinetinin 8 iyun 2016-cı il tarixli 218 saylı qərarı ilə təsdiqlənmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları ilə tənzimlənir.

2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl 2021-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" elan edildi.

2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Bugünə qədər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib.

Daha sonra zoom proqramı üzərindən gənclərin 2 fevral “Gənclər günü” nə gəsr olunmuş toplantısı keçirildi.

Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image Göy-göl “Gənclər paytaxtı” seçildi (FOTO) - Gallery Image


Etiketlər:  Göy göl Gənclər paytaxtı seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ