Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyota avtomobil satışlarında lider oldu - SON BEŞ İLDƏ İLK DƏFƏ

Toyota avtomobil satışlarında lider oldu - SON BEŞ İLDƏ İLK DƏFƏ

Tarix: 2 Fevral 2021 22:56

Yaponiyanın aparıcı avtomobil istehsalçısı Toyota Motor 2020-ci təqvim ilində qlobal miqyasda 9,53 milyondan çox avtomobil sataraq bu göstəricidə digər şirkətlər arasında lider olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Toyota Motor-un cümə axşamı yayımladığı hesabatda deyilir.

Eyni zamanda, Toyota şirkətlər qrupuna daxil olan Daihatsu Motor və Hino Motors-un da göstəriciləri daxil olmaqla, konsernin qlobal satışları 2019-cu ilə nisbətən 2020-ci ildə 11,3% azalıb. Amma Toyota-nın bazardakı əsas rəqibi olan Almaniyanın Volkswagen şirkəti eyni dövrdə təxminən 9,3 milyon avtomobil sata bildiyindən Yaponiya şirkəti dünya lideri olub. Toyota bu reytinqə son dəfə 2015-ci ildə başçılıq edib.

Toyota Motor pandemiyanın mənfi təsirlərinə və zavodda işlərin dayandırılmasına baxmayaraq, ilin sonuna doğru istehsalını şirkət tarixində rekord səviyyəyə qaldırıb. Bu, əsasən, pandemiyanın yaratdığı çətinliklərdən digər ölkələrə nisbətən daha sürətli bərpa olunan Çində tələbatın artması ilə əlaqədar olub.

Toyota-nın Avropadakı satışları dünyanın digər bölgələrinə nisbətən daha az mənfi təsirə məruz qalıb. Yaponiya konserni Avropa ölkələrində ümumilikdə 960 min avtomobil satışı həyata keçirib ki, bu da 2019-cu illə müqayisədə 8,5% azdır.


Etiketlər:  Toyota avtomobil satışlarında lider oldu BEŞ İLDƏ İLK DƏFƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ