Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarıbülbül Şuşadan başqa daha harada bitir? - Nazir müavinindən AÇIQLAMA

Xarıbülbül Şuşadan başqa daha harada bitir? - Nazir müavinindən AÇIQLAMA

Tarix: 3 Fevral 2021 10:54

Bakı. İlhamə İsabalayeva - Trend:

“Xarıbülbülə yalnız Şuşada rast gəlinir” fikrinin söylənilməsi elmi baxımından düzgün yanaşma deyil.

Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xarıbülbülün adı qaş səhləbidir və o, səhləbkimilər fəsiləsinə aiddir:

“Onun Azərbaycanda 3 - Qafqaz qaş səhləbi, Arı qaş səhləbi və Mozalan qaş səhləbi növləri var. Bu 3 növ bir-birindən fərqlənir. Onlardan ikisi - Qafqaz qaş səhləbi və Mozalan quş səhləbi Qarabağ və ətraf ərazilərdə rast gəlinir. Bunlardan Qafqaz qaş səhləbinə xarıbülbül deyilir. Şəhidlərə görə rəmzi olaraq hazırlanan “Xarıbülbül” nişanındakı bitki isə Mozalan quş səhləbidir. Qafqaz quş səhləbinə yalnız Qafqazda rast gəlinir, amma həm mozalan, həm də arı quş səhləbinə nadir növ olsa da, Qafqazdan başqa dünyanın digər ölkələrində də rast gəlinir. Amma yalnız Şuşada rast gəlinən səhləb yoxdur. Biz o ifadəni deməkdən çəkinməliyik ki, xarıbülbülə təkcə Şuşada rast gəlinir. Biz deyə bilərik ki, xarıbülbül Şuşanın simvoludur. Şuşa camaatı onu sevdiyindən bunu simvolları kimi qəbul ediblər. Şəkinin Kiş kəndində quş səhləbinin 3 növünün 3-ü də var və onlar təbii şəkildə bitir. İkisi may ayında, biri iyunda çiçəkləyir”.

V.Kərimov əlavə edib ki, elmi mənbələrdə də xarıbülbülün yalnız Şuşada deyil, digər ərazilərdə də olması qeyd edilir.


Etiketlər:  Xarıbülbül Şuşadan başqa daha harada bitir Nazir müavinindən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ