Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?

Yeni idarəetmə institutu nə ilə fərqlənəcək?

Tarix: 3 Fevral 2021 11:51

İşğaldan azad edilmiş bölgələrədə atılan addımlar göstərir ki, görüləcək bütün işlər mərhələli şəkildə aparılmaqla yanaşı, sistemli xarakter daşıyır. Belə ki, ərazilər ilk öncə minalardan təmizlənir, ardınca ziyanın dəyərləndirilməsi, sonrakı mərhələdə isə bərpa quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi dayanır.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, effektiv idarəçilik sisteminin qurulması ilə yanaşı, xərclərin səmərəli istifadə olunması da əsas məsələdir:

""Müharibə başa çatdı, müzəffər Ordumuz müharibədə qələbə çaldı, düşməni məğlub etdi. Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur" deyən Prezident İlham Əliyev əslində o mesajı verir ki, görülən və görüləcək bütün işlər şəxsən özünün nəzarəti altındadır. Azad edilmiş ərazilərdə xüsusi nümayəndə institutu yaradıldı və ölkə başçımız Şuşaya xüsusi nümayəndə təyin etdi ki, bu addım da mülki idarəetmə sahəsində bir yenilik idi. Yeni yaranmış idarətemə üsulunun digər regionlarda da tətbiq olunacağının siqnalını ölkə başçımız daha öncəki çıxışlarında vermişdi. Bu isə göstərir ki struktur və kadr islahatları sadəcə işğaldan azad edilmiş bölgələrlə məhdudlaşmayıb, bütün ölkə üzrə aparılacaq. O zaman sual olunur ki, bu yeni idarəetmə institutu konvensional üsuldan nə ilə fərqlənəcək? İnstitunun Prezidentin xüsusi nümayəndəsi adlandırılması adından da göründüyü kimi vasitəli deyil, vasitəsiz, birbaşa, şaquli idarəetmə üsulu deməkdir. Bu bir mənada əgər xüsusi nümayəndənin birbaşa Prezidentə bağlı olması və birbaşa onun qarşısında öhdəlik daşımasıdırsa, digər mənada isə vətəndaşla dövlətin arada vasitəçilər olmadan birbaşa təması, bürokratik, süni əngəllərin, yarana biləcək bütün neqativ halların aradan qaldırılması, əlçatabilənlik, operativlik istiqamətində atılan olduqca mühüm addımdır". 

Ş.Həsənova deyib ki, kadr islahatlarının müsbət nəticələri artıq görünür:

"2021-ci ilin büdcəsində qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2.2 milyard maliyyə vəsaiti ayırılmışdır. Effektiv idarəçilik sisteminin qurulması ilə yanaşı, xərclərin səmərəli istifadə olunması da əsas məsələdir ki, bunun da vacibliyi haqqında cənab Prezident İham Əliyev öz kəskin və qəti mövqeyini bir daha ortaya qoydu. 

Eyni zamanda, nəzərə alsaq ki, ötən il ərzində korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmağa başlanmışdır ki, bu da aparılan kadr islahatları ilə birbaşa bağlıdır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, yerli icra orqanlarında kadr dəyişikliyinin müsbət nəticələri artıq görünür ki, bu amilin özü də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Deməli, əsaslı dəyişikliklər öz müsbət nəticəsini göstərir. Yeni idarəetmə üsulunun yaradılması ilə bu sahədə daha müsbət nəticələr əldə olunacaq. Bundan əlavə, cənab Prezident bildirmişdi ki, dövlət təşkilatlarında xərclərə nəzarət mexanizmi gücləndiriləcək ki, bu məsələ də yersiz xərclərə son qoyulması baxımından mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə dünya miqyasında beşinci, hökumətin siyasi sabitliyi təmin etməsinə görə isə 11-ci yerdədir. Əldə olunan bu uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır". 

Təhməz Əsədov


Etiketlər:  Yeni idarəetmə institutu ilə fərqlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ