Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2021 18:42
Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının ölkədə bir sıra telekanallara qarşı sanksiya tətbiq olunması qərarını təsdiqləyib.
Sonxeber.net xəbər verir ki, qərara əsasən, "112 Ukraina", eləcə də ZIK və "NewsOne" kanallarına qarşı sanksiyalar tətbiq olunub. Bu qərardan sonra həmin kanalların yayımı dayandırılıb.
Bundan başqa, "Novosti" mediaholdinqin sahibi, "Həyat naminə müxalif platforma" partiyasının deputatı Taras Kozaka münasibətdə də fərdi sanksiyalar tətbiq olunub.