Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 14:33
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik ikinci oxunuşda müzakirə edilib. Müzakirələrdən sonra dəyişikliyin ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, dəyişiklik Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət vermək nəzərdə tutur.
Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.