Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 21:42
Xronik limfoleykoz limfoproliferativ xəstəlik olub, şişin substratı olan morfoloji cəhətdən yetkin limfositlərin artıq miqdarda yaranması ilə xarakterizə olunur. Lakin bu limfositlər funksional cəhətdən tam keyfiyyətli olmadığından, immun sistemin pozğunluqlarında, autoimmun və infeksion xəstəliklərə meyilliyin artmasında özünü biruzə verir.
Xroniki limfoleykoz həkimlərin praktikasında ən çox rast gəlinən leykozdur. Xəstəliyin aşağıdakı patogenetik xüsusiyyətləri var:
1. Şiş proqressiyasının əlamətləri olmur.
2. Şiş hüceyrələrinin aydın ifadə edilmiş morfoloji atipizmi olmur.
3. Xromosomları olmur.
4. Mutagen faktorlarla əlaqəsi olmur.
5. Xəstəlik müəyyən etnik qruplarda inkişaf edir, irsi-ailəvi xarakter daşıyır.
6. Ən çox yaşlı kişilər xəstələnir.
7. İmmunitetin pozğunluğu aşkar edilir.
Xəstəliyin gedişindən asılı olaraq bir-neçə variantı var:
* şiş forması
* dalaq-kliniki mənzərəsi
* sümük iliyində dəyişikliklər
* tükhüceyrəli (tükə bənzər) limfositlər forması.
Xroniki limfoleykoz xəstələrdə aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- intoksikasiya əlamətləri
- sümük iliyində leykoz hüceyrələrinin artıb çoxalması
- dalaq və qaraciyərin böyüməsi
- dəridə leykemik infiltirasiyalar
- limfotik düyünlərin böyüməsi
- sümük iliyində və periferik qanda xarakterik dəyişikliklər
- irinli-iltihabı proseslər
- autoimmun hemolitik anemiya.
Xəstəliyə diaqnozun qoyulmasinda sümük iliyinin punktatının və qanın analizlərinin nəticələri əsas götürülür.
Müalicə xəstəliyin kliniki mənzərəsinə və fəsadların inkişafını nəzərə alaraq kompleks şəkildə aparılır.