Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 10:16
Bakı. Trend:
1 fevral tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni Rolls-Royce Ghost avtomobilini media nümayəndələrinə fərdi görüşlər təşkil edərək təqdim etdi.
Improtex Motors-un baş direktoru Bayram Yaqubov vurğuladı: “Biz ən çox gözlənilən Rolls-Royce-in debütündən 2021-ci ilə başlamaqdan çox məmnunuq. Qonaqlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir, buna görə də biz Bakının mərkəzində media nümayəndələri və növbəti günlər müştərilər üçün yeni Rolls-Royce Ghost ilə fərdi görüşlər təşkil edirik".
Qudvudda yaradılan ilk Ghost həm yaşına, həm də fikirlərinə görə fərqlənən yeni nəsil müştərilərin tələblərinə cavab olaraq yaradılmışdır. Bu insanlar bizə Rolls-Royce-un ölçüsünü bir qədər kiçik və daha az iddialı görmək istədiklərini bildirdilər. Onlar üçün yaradılmış modelin uğuru ən cəsarətli gözləntiləri aşdı. Ghost markanın 116 illik tarixi üçün ən uğurlu modeli olmuşdur. Yeni Ghost’un öz sələfindən miras alacaq yeganə elementlər - "Ekstaz ruhu" heykəlciyi və qapılardakı çətirlərdir. Qalan hər şey yenidən dizayn edilmiş və məharətlə sıfırdan hazırlanmışdır.
Rolls-Royce Motor Cars-ın Avropa üzrə direktoru Julian Jenkins belə şərh vermişdir: "nəticədə biz tarixdə ən texnoloji Rolls-Royce yaratdıq. Brendimizin əsas dəyərləri bu cəlbedici, minimalist, lakin eyni zamanda, Ghost müştərilərinin ehtiyaclarına mükəmməl həmahəng olan və zamanın ruhuna ideal uyğun olan mürəkkəb bir məhsuldur".
Markanın fərqləndirici xüsusiyyəti -"Sehrli xalça uçuşu" ilə müqayisə edilən gedişin yumşaqlığı əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Yeni Ghost üçün mühəndislər Planar sistemini tətbiq edərək asqını tamamilə təkmilləşdirmişlər. Həndəsi tamamilə hamar və düz səthin şərəfinə adlandırılan sistem on illik inkişaf və sınaqların nəticəsidir. Nəticə əvvəllər heç bir minik avtomobilində əlçatmaz olan yer üzərində uçuş hissidir.
Özü bağlanan qapılar – Qudvuddan olan ilk Phantom dövründən Rolls-Royce alıcılarının sevimli funksiyasıdır. Cihazlar panelində və arxa oturacaqda yerləşən düymələrin köməyi ilə müştərilər asanlıqla qapıların aça bilərlər. Yeni Ghost’da bu əfsanəvi funksiya təkmilləşdirilmişdir: bundan sonra qapılar ilk dəfə olaraq hər hansı bir səy göstərmədən elektrik ötürücü ilə açıla bilər. Avtomobildən çıxdıqdan sonra, sahibi dəstəyin düyməsini basaraq qapını avtomatik olaraq bağlaya bilər.
Yeni Ghost müasir avtomobil salonunda mövcud olan ən təmiz havanı təmin edən yenilikçi mikro hava təmizləmə sistemi (MEPS) ilə təchiz edilmişdir. Müştəriləri dəm qazı və tozcuqlar, eləcə də bəzi virus və bakteriyalardan qoruyan mövcud hava filtrasiyası texnologiyası yenidən təkmilləşdirilmişdir.
Yeni Ghost sadəliyində mükəmməldir, lakin bu səssizlik atmosferinin yaradılması brend tarixinin ən böyük çağırışlarından biri olmuşdur. Şübhəsiz ki, yeni Ghost tarixin ən texnoloji Rolls-Royce-dir. Təchizatın siyahısına 600 m-dən çox işıqlandırma məsafəsi olan işıq diodu və lazer fənərləri, heyvanlar və piyadaların gündüz və ya gecə saatlarında yolda peyda olması barədə qabaqcadan xəbərdarlıq edən Vision Assistant sistemi; sürücünün yorğunluğunu təhlil edən Alertness köməkçisi sistemi; avtomobilin panoramik baxışını təmin edən dörd kameralı monitorinq sistemi daxildir; Aktiv kruiz kontrol sistemi toqquşma qarşısının alınması sistemi, toqquşma xəbərdarlığı sistemidir; park etmə köməkçisi, həmçinin ən qabaqcıl naviqasiya və əyləncə sistemləri.
Yeni Ghost Extended üçün mütəxəssislər gələcək Rolls-Royce avtomobilləri üçün etalon olacaq "Sükunət formulunu" yaradıblar. Formulun ilk elementi daha yüksək akustik müqavimətə malik olan alüminium konstruksiyadır. Mühərrik lövhəsi və döşəməsi ikiqat konstruksiyaya malikdir, qatların arasındakı məkan salona daxil olan yol səs-küyünü azaltmaq üçün kompozit səs azaldan material ilə işlənilmişdir. Yeni Ghost-da 100 kq-dan çox səs izolyasiyası vardır ki, bu da qapılara, damlara, ikiqat şüşəli pəncərələrə, şinlərin daxilində və hətta banın konstruksiyasının daxilində istifadə olunmuşdur.
Yeni Ghost 'un hər bir detalında minimalizmin estetikasının təcəssümü markanın dizaynerlərinin əsas məqsədi olmuşdur. Nəticədə, Rolls-Royce-un qüsursuz deyə tanınmış olduğu təmkinli və həqiqi dizayn yaradılmışdır.
Jenkins vurğulayıb: "son aylarda regionda qarşılaşdığımız çətinliklərə baxmayaraq, biz bu regionda müvəffəq olmuşuq, müştərilər bu qeyri-müəyyənlik dövrünün uzunmüddətli dəyərə malik olan investisiyalara ən uyğun vaxt olduğunu hiss edirlər. Davamlı işimizə verdiyi töhfələrə görə brend menecer Nurlan Pənahlıya və bütün komanda üzvlərinə təşəkkür edirəm və 2021-ci ildə uğurlu başlanğıc gözləyirəm.”
Təqdimat zamanı Bang & Olufsen şirkətinə Rolls-Royce standartlarına həqiqətən layiq olan yüksək keyfiyyətli səs effektləri təqdim edən akustik avadanlıqlara görə ayrıca təşəkkür edirik.