Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:04
Sibel Can illər əvvəl məhkəməyə verdiyi avto salon sahibi Mehmet Çeliyə qarşı açdığı davanın hələ də davam etdiyini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 9 il əvvəl ifaçı ona köhnə, ikinci əl avtomobil satdığını iddia edərək salon sahibini məhkəməyə verib. Nəticədə, Mehmetin 4 il həbsinə və 80 min lirə təzminat ödəməsinə qərar verilib.
Buna etiraz edən Çelik baş verənlərin yenidən araşdırılmasını tələb edib və bu dəfə o, haqlı çıxaraq davanı qazanıb.
Məsələ ilə bağlı danışan Sibel Can olanları təkzib edərək, məhkəmə prosesinin bitmədiyini deyib:
"Hüquq və qanunlara inamım sonsuzdur. Mehmet Çeliyə qarşı açdığım dava bitməyib. O, iş sistemini düzgün qura bilmədiyindən məni cəzalandırmaq istəyir. Lakin bu alınmayacaq. Bu davanın sonuna qədər gedəcəm".