Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 22:40
2001-ci ildən bu günədək İstanbulda əhali sayında ilk dəfə azalma müşahidə olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, 2019-cu ildə İstanbulda əhali sayı 15 milyon 519 min 267 nəfər olub. Ötən il isə bu rəqəm 56 min 815 nəfər azalaraq 15 milyon 462 min 452 nəfər təşkil edib. Onların 7 milyon 750 min 836-sı kişilər, 7 milyon 711 min 616-sı qadınlardır.
2020-ci ildə əhali sayı 83 milyon 614 min 362 nəfər olan Türkiyənin ən sıx şəhəri 18,49 faizlə İstanbul olub.