Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MMC-yə məxsus anbarda nöqsanlar aşkarlanıb (FOTO)

MMC-yə məxsus anbarda nöqsanlar aşkarlanıb (FOTO)

Tarix: 8 Fevral 2021 13:52

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən "Sabko" MMC-yə məxsus anbarda yoxlama keçirilib.

Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

MMC-yə məxsus anbarda nöqsanlar aşkarlanıb (FOTO) - Gallery Image MMC-yə məxsus anbarda nöqsanlar aşkarlanıb (FOTO) - Gallery Image MMC-yə məxsus anbarda nöqsanlar aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  məxsus anbarda nöqsanlar aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ