Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un beyinə vurduğu zərərlər - HƏKİM AÇIQLADI

COVID-19-un beyinə vurduğu zərərlər - HƏKİM AÇIQLADI

Tarix: 8 Fevral 2021 23:06

Qoxu və dadbilmə qabiliyyətinin itməsi koronovirusun mərkəzi sinir sisteminə təsirinin nəticəsidir.

Sonxeber.net bildirir ki, bu sözləri publika.az-a açıqlamasında bu yaxınlarda koronavirusa yoluxan və 8 gün reanimasiyada saxlanılan nevroloq Akif Kərimov deyib. Həkim bildirib ki, COVİD-19-un toksiki təsiri nəticəsində qoxu və dadbilmə duyğusu pozulur.

"Koronavirus böyrəyə və digər orqanlara zərər vurduğu kimi nevroloji ağırlaşmalara da gətirib çıxara bilir. Nevroloji problemləri olan xəstələrə kovidin təsiri orqanizmin müdafiəsindən asılı olaraq dəyişir. Bunun səbəbi hələ məlum deyil, elmi baxımdan kifayət qədər araşdırılmayıb. Elə meningit xəstəsi var ki, kovid onda ciddi fəsadlar yaratmır, elə xəstə var ki, ona pis təsir edir. Onu bilirik ki, koronavirus ilk növbədə laxtalanma proseslərinə təsir edir və uzunmüddətli beyin insultlarının, ifliclərin, ürək damarları və ağciyər arteriyalarının trombozunun əmələ gəlməsinə səbəb olur. Koronavirusun sinir sisteminə təsirinin əsas səbəblərindən biri qanda oksigen çatışmazlığı ilə damarlarda qidalanmanın pozulmasıdır. Odur ki, xəstə xəstəliyin son mərhələlərində çox əsəbi olur, yeni dövrlərdə isə intoksikasiyanın, yəni koronavirusun bədənə verdiyi zəhərli maddənin hesabına sinir uclarının zədələnməsi nəticəsində iybilmənin pozulması baş verir. Bəzi xəstələrdə isə müxtəlif nevroloji xəstəliklər, hətta insult əmələ gətirə bilir. Bundan əlavə, Covid-19-un xəstədə əvvəllər mövcud olan nevroloji xəstəliklərini daha da pisləşdirmək riski yüksəkdir".

Həkim əlavə edib ki, Covid-19 xəstələrinin bəzilərində unutqanlıq, konsentrasiya çətinliyi, yuxu pozğunluğu və depressiya inkişaf edə bilər.


Etiketlər:  COVID beyinə vurduğu zərərlər HƏKİM AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ