Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏ

Hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏ

Tarix: 8 Fevral 2021 23:51

Koronavirusu olan hamilə qadınlarda infarkt riski 25 dəfə, venoz tromboembolizm isə ikiqat artıb.

Milli.Az xəbər verir ki, bu barədə Amerikanın Brigham və Qadın Xəstəxanasının mütəxəssisləri məlumat verib. Bildirilib ki, araşdırmalarının nəticələri "JAMA" Daxili Xəstəliklər portalında dərc edilib.

Rus tədqiqatçılar qərbdəki həmkarlarının bu fikrini təsdiqləyib. Rusiyalı ginekoloq Nadejda Stuleva bildirib ki, kovid xəstəliyi olan gələcək anaların ürək-damar ağırlaşmaları riski artmaqdadır.

"Hamiləlik dövründə qan laxtalanması 10 qat artır. Bir qadın hamiləliyini və müalicəsini davam etdirmək üçün xəstəxanaya müraciət edərsə, bu, laxtalanmanı 18 qat artırır", - ekspert bildirib.

COVID-19-un hemostatik sistemi güclü şəkildə işə saldığı, damarlarda mikrosirkulyasiyanın pozulmasına səbəb olduğu qeyd olunur. Təhlükəli simptomlar inkişafının qarşısını almaq üçün kovidli hamilə xəstələr mümkün qədər diqqətli olmalıdırlar. (publika.az)

Milli.Az


Etiketlər:  Hamilə qadınları GÖZLƏYƏN TƏHLÜKƏ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ