Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Opera Euro Rapid”: Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb

“Opera Euro Rapid”: Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb

Tarix: 9 Fevral 2021 02:12

Bakı. Trend:

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalçıları müəyyənləşib.

Trend-in məlumatına görə, seçmə mərhələdə 15 turdan 8 xal toplayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov 7-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Onunla birgə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri (hər ikisi 9,5 xal), amerikalı Uesli So (9 xal), fransalı Maksim-Vaşye Laqrav, ermənistanlı Levon Aronyan (hər ikisi 8,5 xal), polşalı Yan-Kşiştof Duda (8 xal), rusiyalı Daniil Dubov (7,5 xal) dörddəbir finala vəsiqə əldə ediblər.

Qeyd edək ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirinin seçmə mərhələsində 16 şahmatçı mübarizə aparıb.

Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.


Etiketlər:  Opera Euro Rapid Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb


RƏYLƏR