Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO)

Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO)

Tarix: 9 Fevral 2021 10:21

Bakı. Samir Əli - Trend:

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından 1 tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər- Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri də gizlətdikləri yerdən götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır

Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO) - Gallery Image Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO) - Gallery Image Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO) - Gallery Image Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO) - Gallery Image Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi (FOTO) - Gallery Image


Etiketlər:  Qaxda sahibkarın qarğıdalı anbarı qarət edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ