Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycana qarşı terror aktları, təxribatlar törədilə bilər''

''Azərbaycana qarşı terror aktları, təxribatlar törədilə bilər''

Tarix: 9 Fevral 2021 10:54

Ermənistanın müharibədən sonra daxili siyasətində səsləndirilən bütün bəyanatlarında, bütün şərhlərində Dağlıq Qarabağ mövzusuna toxunsalar belə, biz bununla bağlı hər bir mesajı çox kəskin və həssas şəkildə qəbul etməməliyik.

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Ekspert bildirib ki, hazırda Ermənistanın daxilinə sabitlik yarada biləcək yeganə qüvvə Rusiyadır:

"Təbii ki bu cür açıqlamaları nəzarətdə saxlamalıyıq. Vitali Balasanyan Ermənistanda I Qarabağ müharibəsinin qəhrəmanı sayılır. O quldurdur. Bu bəyanatlara Ermənistanın daxili siyasi konteksinin çərçivəsində baxılmalıdır. Çünki orada bu saat gedən proseslər normal siyasi proseslərin çərçivəsindən çıxıb. Həm müharibədə məğlubiyyətlə bağlı, həm ciddi insan tələfatı ilə bağlı - azı 7 min 500, bəzi rəqəmlərə görə 12 minə qədər erməni hərbçisi məhv edilib. Yəni, bütün bunlar hazırda Ermənistan siyasətinin anormal rejimdə çalışmasının təcəssümüdür. Ona görə onlara bu sindromu yaşayıb keçirmək üçün vaxt lazımdır.

Hazırda Ermənistanın daxilinə sabitlik yarada biləcək yeganə qüvvə Rusiyadır. Və bu bəyanatların bir çoxunun arxasında Ermənistan-Rusiya və Ermənistan siyasi elitası ilə Rusiyanın müəyyən siyasi elitaları arasındakı proseslər dayanır. Bu bəyanatların hər birini sırf birbaşa hər birini "Bu saat Dağlıq Qarabağda nə isə baş verəcək" deyə qiymətləndirmək düzgün olmaz. Amma hər zaman nəzarətdə saxlamalıyıq. Çünki Balasanyan kimilər səhra komandirləridir, onların həmin yerlərdə insanlarla əlaqələri var. Vitali Balasanyanın terrorçu qruplara, muzdlu döyüşçülərə imkanı çatar. Yəni, ən azı bu təhlükə var. Eyni zamanda Ermənistanın daxili prosesləri çərçivəsində Azərbaycana qarşı bu terror aktları, təxribatlar törədilə bilər. Misal üçün, iyul ayında (2020) Tovuz istiqamətində baş verən təxribatı hamıya aydındır ki, 3-cü ordu korpusu törədib. Həmin ordu korpusunun komandiri də Rusiya ilə bağlı olan general-polkovnik Yuri Xaçaturovun oğlu general-mayor Qeorqi Xaçaturovdur. Yəni, bu da bir misal. Nikol Paşinyanın hakimiyyətinin, komandasının o korpus üzərində nəzarəti yalnız kağız üzərindədir. Faktiki olaraq, korpus kiminlə bağlıdır, kimə tabedir bəllidir".

Qeyd edək ki, "Artsaxın təhlükəsizlik şurasının katibi" kimi təqdim olunan terrorçu Vitali Balasanyan vəziyyəti yenidən gərginləşdirmək cəhdləri ilə diqqət çəkib. Balasanyan Qarabağdakı ermənilərin "təhlükəsizliyini" təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə peşəkar silahlı dəstlərin yaradıldığını bildirib.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycana qarşı terror aktları təxribatlar törədilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ