Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerye rəsmən Kipr klubunda - FOTO

Gerye rəsmən Kipr klubunda - FOTO

Tarix: 9 Fevral 2021 12:42

"Qarabağ"ın yolları ayırdığı Donald Geryenin Kiprin "Apollon" klubuna keçidi rəsmiləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hazırda karantində olduğu bildirilib.

Qeyd edək ki, Gerye yeni klubunda 96 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, "Qarabağ" ötən ilin yayından komandada çıxış edən Gerye ilə müqavilənin qarşılıqlı razılaşma yolu ilə ləğv edildiyini yanvarın 31-i açıqlayıb.


Etiketlər:  Gerye rəsmən Kipr klubunda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ