Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2021 12:46
Bakıda restoranların birində toy məclisinin keçirilməsi barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən görüntülər toydan deyil. Həmin şəxslər karantin rejiminin yumşaldılmasını qeyd etmək üçün məclis təşkil ediblər.
Belə ki, fevralın 2-də Nizami rayonunda yerləşən "Muğam Ocağı" restoranında "Soel" parfum şirkətinin 14 əməkdaşı xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı məclis təşkil ediblər.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.