Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvəndin tətbiqi başlasa da qoruyucu tədbirlərə davam etməliyik - ÜST

Peyvəndin tətbiqi başlasa da qoruyucu tədbirlərə davam etməliyik - ÜST

Tarix: 9 Fevral 2021 15:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Əldə edilmiş məlumatlara əsasən, 18 yaşına çatmamış uşaqlarda yoluxma göstəricisi ümumi qeydə alınmış halların 8.5 %-ni təşkil edir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi bildirir.

Nümayəndəlikdən qeyd edilib ki, peyvəndin tətbiqi başlasa da COVID-19-un yayılmasının qarşısını almaq və ölüm hallarının sayını azaltmaq üçün ən effektiv qoruyucu tədbirlərə davam etməliyik. Bu tədbirlər maska taxmaq, əlləri yumaq və ya dezinfeksiya etmək, fiziki məsafə saxlamaqdır.


Etiketlər:  Peyvəndin tətbiqi başlasa qoruyucu tədbirlərə davam etməliyik ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ