Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan çaylarında su 10-15 faiz azalıb - ETSN

Azərbaycan çaylarında su 10-15 faiz azalıb - ETSN

Tarix: 9 Fevral 2021 16:52

Bakı. İlhamə İsabalayeva –Trend:

Azərbaycanda son dövrlərdə çaylarda suyun azalması müşahidə edilir.

Trend-in məlumatına görə, bunu bu gün “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, son 20 ildə çaylarda su 10-15 faiz azalıb.

Volqa, Ural çaylarında da suyun azalmasının müşahidə edildiyini deyən M.Əbdülhəsənov qeyd edib ki, son dövrlərdə Xəzərin suyunun səviyyəsi də azalmağa doğru gedir.

Nazirlik rəsmisi qeyd edib ki, bu tendesiya mütəmadi olaraq baş verir: “Neçə yüz illər əvvəl də belə azalmalar olub. Hazırda krtik vəziyyət yaranmayıb. Hesab edirəm ki, müəyyən dövrdən sonra stabilləşmə yaranacaq. Bununla bağlı narahatedici amil görmürük”.


Etiketlər:  Azərbaycan çaylarında su 10 15 faiz azalıb ETSN


RƏYLƏR