Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 15:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.
Belə ki, Təhsil Nazirliyinə şəhid və qazi ailəsi üzvləri tərəfindən işə qəbulla əlaqədar 56 müraciət daxil olub.
Müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 23 müraciət müsbət həllini tapıb.