Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2021 23:00
Rəsmi Pekin ölkənin Mərkəzi Bankının rəqəmsal valyutasından (kriptovalyuta) istifadə etmək üçün təcrübə çərçivəsində vətəndaşlara təxminən 1,5 milyon dollar paylayacaq. Bu, rəqəmsal pulun üçüncü sınağıdır: bundan əvvəl analoji sınaq Şençjen və Sujou şəhərlərində keçirilmişdi.
Sonxeber.net xəbər verir ki, Sankt-Peterburq Dövlət Universitetinin Kitab Texnologiyaları Mərkəzinin Elmi direktoru, "Elektron Pul və Pul Köçürmələri" Dərnəyi Şurasının sədri Viktor Dostov Çində rəqəmsal valyutanın sınanması prosesini şərh edib.
O, rəqəmsal valyutalar məsələsində Çinin, həqiqətən, hamını geridə qoyduğuna inanır: "Rəqəmsal yuan layihəsi avrodan və ya rubldan çox irəli getdi və bu başadüşüləndir: Çin bunu niyə etdiyini çox yaxşı bilir".
Mütəxəssis digər ölkələrin mərkəzi banklarından fərqli olaraq, Çin Mərkəzi Bankının hədəflərini ardıcıl və praqmatik şəkildə davam etdirdiyini bildirir.
Qeyd edək ki, Pekində keçiriləcək 2022 Olimpiadası yaxınlaşdıqca rəqəmsal valyuta ilə bağlı pilot layihələrin sayı artacaq.
Çində rəqəmsal valyutanın mövcud valyutaya bənzər şəkildə istifadə ediləcəyi gözlənilir: onunla mövcud ödəmə tətbiqetmələri ilə ödəmək mümkün olacaq. (publika.az)