Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 12:38
Bakı. Trend:
Tarixdə qalmaq üçün tarix yazmağı bacarmalısan. 44 gün ərzində yazılan tarixin hər saniyəsində Azərbaycan Ordusunun əməyi, zəhməti, cəsarəti və sevgisi var.
Trend-in məlumatına görə, torpaq nisgilinə son qoymaq üçün sinəsini düşmən gülləsinə sipər edənlərdən biri də qazi Talıb Rzayevdir. O, hərbi xidmətdə olarkən sentyabr ayında müharibənin başlanması ilə döyüşlərə qatılıb. Füzuli, Qubadlı və Laçın istiqamətlərində xidmət edib.
İllərdir düşmənin qurub yaratdığı postlar, xəndəklər Ordumuzun qarşısını kəsmək üçün planlaşdırılsa da, Azərbaycan Ordusunun döyüş hazırlığı və hərbçilərimizin özünəinamı sayəsində düşmənin keçilməz hesab etdiyi beton sədlər məhv edildi. Qazimiz həmin anları saniyə-saniyə xatırlayır. Düşmən gülləsinə tuş gələn Talıb ayağından yaralanır, əməliyyat olunur və onun ayağına 9 dəmir lövhə yerləşdirirlər.
Qeyd edək ki, Talıb Rzayevin adı Ali Baş Komandanın sərəncamı ilə təltif olunanlar siyahısındadır. O, Laçın və Qubadlının azad olunmasında göstərdiyi rəşadətə görə, Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunub.
Bu gün qələbənin şirin meyvəsin dadırıqsa, bunu Azərbaycan Ordusunun hər bir fərdinə borcluyuq. Ona görə də onları tanıyaq və tanıdaq.