Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O cür sənətkarların övladı efirdə elə danışmamalıdır'' - Əməkdar artistdən etiraz

''O cür sənətkarların övladı efirdə elə danışmamalıdır'' - Əməkdar artistdən etiraz

Tarix: 11 Fevral 2021 18:05

Əməkdar artist Ruhəngiz Musəvi mərhum Xalq artistlərinin övladlarının efirə çıxıb imkansızlıqdan şikayətlənməsini qınayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Elgizlə izlə" proqramına qatılan müğənni sənət adamlarına bunu yaraşdırmadığını bildirib:

"Pandemiyada çoxları əziyyət çəkdi, dolanmaq çətinləşdi. Siyavuş Aslanın oğlunu gördüm, nə gündədir. Ona necə yardım edildi, düzəlmədi. Yaşar Nuri də böyük sənətkar olub. Hər ikisi hamının sevimlisi, sənətkar olublar. Məndən inciməsinlər, başa düşürəm hamını. Çətindir, iş yoxdur. İstəməzdim ki, sənət adamları haqqında tamaşaçı bu cür eşitsin. Onlar əlçatmazdır. Nə qədər çətin olsa da, belə çıxış olmamalıydı".

Müğənni bildirib ki, toylara çox az gedib və təqaüdü ilə dolanır:

"Toylara hər zaman çox az getmişəm. Başım səs götürmür, istəməmişəm. Halal təqaüdümlə və fəxri addan aldığım pulla dolanıram. Nəvəmə də özüm baxıram. Ona nə atası, nə babası kömək edir. Atasının özünə gedib kömək edən lazımdır. Allah adamı çətin vəziyyətə salmasın. Amma dolana bilməsəm belə, efirə çıxmaram. İstəmərəm bu vəziyyətdə məni tamaşaçı görsün".

Qeyd edək ki, Yaşar Nurinin qızı maddi durumlarının pis olduğunu söyləyib. Siyavuş Aslanın oğlu Çingiz isə qalmağa evi olmadığını deyərək, kömək istəyib.


Etiketlər:  cür sənətkarların övladı efirdə elə danışmamalıdır Əməkdar artistdən etiraz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ