Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2021 20:52
Bakı. Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev - Trend:
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu Şərq tərəfdaşlığı ölkələrinə vaksin tədarükü və peyvəndləmə ilə bağlı birgə fəaliyyət göstərəcək.
Trend-in məlumatına görə, layihənin ümumi büdcəsi 40 milyon avro təşkil edəcək və Aİ ilə ÜST-ün birgə reallaşdırdığı ən iri layihə olacaq.
Bu layihə ÜST-ün COVAX və ya Aİ-nin Mübadilə mexanizmi kimi proqramlara əlavə olunacaq.