Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 11:50
Bakı. Samir Əli - Trend:
"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.